Azərbaycanda səhhətində psixi xəstəlik aşkarlanan valideyn (yaxud valideynlər) müvəqqəti olaraq (sağlamlığının bərpası haqqında həkim qərarı verilənə qədər) yaşı 18-ə qədər olan övladı üzərində valideynlik hüququndan məhrum edilməsi gözlənilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Ailə Məcəlləsinin 60-cı maddəsinə əlavələr gözlənilir.
Əlavələrə əsasən, əgər bir yox, hər iki valideyndə (ata və ana) psixi xəstəlik ilə əlaqədar hal aşkarlanarsa, onların övladı (yaxud övladları) məhkəmə qərarı ilə dövlət himayəsinə götürülür. Bu müddət ərzində könüllülük prinsipi və müvafiq qanunvericilik əsasında onların övladları yaxın qohumlarının himayəsinə də verilə bilər. Əgər valideynlərin birində eyni hal aşkarlanarsa, bu zaman ovladın (yaxud övladların) üzərində yeganə valideynlik hüququ yalnız digər valideyndə qalır. Xəstə valideynin müalicəsi başa çatdıqdan, həkim qərarı ilə onun sağlamlığı təsdiq olunduqdan sonra yenidən valideynin (yaxud valideynlərin) valideynlik hüququ geri qaytarılır. Layihənin bu ilin sonuna kimi parlamentdə müzakirəyə çıxarılması gözlənilir.
Azərbaycanda psixi xəstələr valideynlik hüququndan məhrum edilə bilər
656