Azərbaycanda palçıq vulkanlarının helikopterlə tədqiqi həyata keçirilib
02 dekabr 2013 16:58 (UTC +04:00)

Azərbaycanda palçıq vulkanlarının helikopterlə tədqiqi həyata keçirilib

AMEA Geologiya İnstitutu ölkə ərazisində palçıq vulkanlarının helikopterlə tədqiqini həyata keçirib. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.

“Dünya palçıq vulkanları” atlasının çapa hazırlanması ilə əlaqədar təşkil edilmiş aerotədqiqat işləri Abşeron, Şamaxı-Qobustan və Aşağı Kür neftli-qazlı rayonlarında yerləşən aktiv vulkanları, eləcə də Bakı arxipelaqındakı ada vulkanları üzərində aparılıb. Tədqiqatlar zamanı palçıq vulkanlarının fəaliyyətinə dair yeni məlumatlar alınıb.

İnstitutun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin sözlərinə görə, vulkanların aerofotoşəkilləri ilk dəfə Azərbaycan palçıq vulkanları atlasının tərtib olunması və onun 1971-ci ildə nəşri ilə əlaqədar əldə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar