Azərbaycanda ölümlərlə bağlı onlarla həkim cəzalandırılıb
07 mart 2013 15:04 (UTC +04:00)

Azərbaycanda ölümlərlə bağlı onlarla həkim cəzalandırılıb

Ana və uşaq ölümləri ilə bağlı ciddi cəza tədbirləri görülüb. Lent.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov məlumat verib.

“Yevlax, Mingəçevir, Qəbələ mərkəzi rayon xəstəxanalarının baş mama-ginekoloqları, Bakı 4 saylı Doğum Evinin iki şöbə müdiri, Şəki və Qusar mərkəzi xəstəxanalarının aiddiyyatı həkimləri işdən azad olunublar” - deyə, şöbə müdiri əlavə edib.

G. Poladov onu da bildirib ki, 10 həkim mama-ginekoloq stasionar işindən kənarlaşdırılıb, 75 tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb və onlar təkmilləşdirmə kurslarına göndəriliblər: “Bununla yanaşı, Mamalıq və Ginekologiya İnstitutunda baş vermiş ölüm hadisəsi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyinin müvafiq əmri ilə Ailə Planlanması Məsləhətxanasının Ekstrakorparal mayalanma şöbəsinin fəaliyyəti dayandırılıb və adı çəkilən İnstitutun strukturunda müvafiq şöbə yaradılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1700
avatar

Oxşar yazılar