Azərbaycanda nərəcinsli balıqlar niyə azalır?
24 aprel 2013 12:22 (UTC +04:00)

Azərbaycanda nərəcinsli balıqlar niyə azalır?

Bütün Xəzəryanı ölkələr hər il balıqların ehtiyatlarını öyrənmək və qorumaq üçün mühafizə işləri aparır.

Lent.az-ın məlumatına görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda da brakonyerlərə qarşı hüquq-mühafizə orqanları, təbiət mühafizə təşkilatları tərəfindən mübarizə tədbirləri görülür. Nazir müavini qeyd edib ki, görülən bütün işlərə baxmayaraq, Xəzəryanı ölkələrdə brakonyerliyin qarşısını tamamilə almaq hələ də mümkün olmayıb və nəticədə törədici balıqların sayında azalma müşahidə olunur: “Buna görə də nərəartırma zavodları üçün kifayət qədər törədici balıq toplamaq mümkün deyil”.

 


Nazir müavini qeyd edib ki, nərəcinsli balıqların azaldılmasının daha bir səbəbi antropogen faktorlarla bağlıdır. Onun sözlərinə görə, belə faktorlara da brakonyerlik və dənizin çirklənməsi daxildir: “Bundan başqa, Xəzər dənizinə Qara dənizdən mioksis adlanan meduza düşüb. Bu faktor da kilkə balıqların azalmasına səbəb olub. Kilkə balıqlar da siyənəklərin və nərəkimilərin çoxalmasında yem kimi istifadə olunur”.


R.Hacıyev vurğulayıb ki, nərəcinsli balıqların sayının azalmasında subyektiv faktorlar da var. Onun sözlərinə görə, nərəcinsli balıqlar keçid balıqlardır: “Onlar dənizdə yaşayır və kürü atmaq üçün çaya çıxmalıdır. Lakin çayın keçid hissənin tutulması nərəkimilərin kürüləmə yerinə keçməsinə çətinlik törədir. Buna görə onların sayı azalır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar