Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən özəl müalicə-profilaktika müəssisələrinin siyahısı açıqlanıb.
Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda 512 özəl müalicə-profilaktika müəssisəsinin adı var.
Siyahıda maraqlı adları olan özəl müalicə profilaktika müəssisələri (“Nord Star” şirkəti (Leyla Şıxlinskayanın klinikası), FAİQ-96 müəssisəsi (Həyat klinikası), “OKİ” Özəl tibbi müalicəxanası, “Məşrik Hikmət”, “Azinterbiznes” MMC, “Poros” MMC) də var.