Azərbaycanda magistral yol təmir olunur
17 aprel 2013 10:57 (UTC +04:00)

Azərbaycanda magistral yol təmir olunur

Hacıqabul - Bəhramtəpə yolu təmir olunur. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumi uzunluğu 112,5 km olan Hacıqabul - Bəhrəmtəpə yolunun yenidən qurulması işləri hazırda davam etdirilir. İkinci texniki dərəcəli iki hərəkət zolaqlı yolda 5 heyvan keçidi, 1 yerüstü piyada keçidi, 11 yeni körpünün, 187 ədəd müxtəlif diamertli borunun tikintisi və 1 körpünün əsaslı təmiri nəzərdə tutulub.

 

Yolun Hacıqabul - Bulaqlı hissəsində ikiqat asfalt - beton örtük vurulub, Bulaqlı - Bəhrəmtəpə hissəsinin 20 km-də isə torpaq işləri və ikiqat asfalt - beton örtüyünün vurulması başa çatdırılıb. Demək olar ki, layihə üzrə işlərin 60 faizi yerinə yetirilib. Layihənin bir hissəsinin 2013-cü ildə, ümumilikdə isə 2014-cü ildə istismara verilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1101
avatar

Nizam Rza

Oxşar yazılar