Azərbaycanda ilk dəfə küçə heyvanları üçün sığınacaq tikiləcək. Bu barədə Lent.az-a “BARS-Sahibsiz Heyvanlara Qayğı” İctimai Birliyinin sədri Leyla Axundova məlumat verib. Onun sözlərinə görə, Şamaxı yolunda inşa ediləcək sığınacaqda minə yaxın heyvan məskunlaşacaq.
L. Axundova layihəyə sponsorluq edəcək şəxsin adını açıqlanmasa da, sığınacağın Avropa standartlarına cavab verəcəyini bildirib.