<b>Azərbaycanda <span style="color:red;">YENİ SİSTEM : “fermadan süfrəyədək” </b>
07 mart 2019 13:39 (UTC +04:00)

Azərbaycanda YENİ SİSTEM: “fermadan süfrəyədək”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində heyvanların identifikasiya sisteminin yaradılması planlaşdırılır.

Lent.az Agentliyə istinadən xəbər verir ki, qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik olan heyvanların identifikasiyası sistemi hər bir heyvan fərdinin və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan yaradacaq.

Yəni identifikasiya sistemi istehlakçının istifadə etdiyi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması, həmin heyvanın indiyədək hansı xəstəlikləri keçirməsi, hansı xəstəliklərə qarşı və nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından nə zaman istifadə olunması və s. məlumatları özündə birləşdirən informasiya sistemidir.
Heyvanlar arasında rast gəlinən qarayara xəstəliyinə qarşı peyvənd edilmiş heyvanın məhsullarından ən azı iki həftə istifadə etmək olmaz, əks halda bu məhsulları qəbul etmiş insan eyni xəstəliyə yoluxar və ya sağlamlığında digər fəsadlar baş verə bilər. Oxşar tələblər respublikada geniş şəkildə peyvəndləmə aparılan brusellyoz, çiçək və digər xəstəliklərə də şamil edilir. Həmçinin müalicə və profilaktika məqsədi ilə baytarlıq preparatları tətbiq edildikdə də onların heyvan orqanizmindən xaric olma müddətindən asılı olaraq məhsullardan istifadə üçün müəyyən gözləmə dövrü təyin edilir.

Qeyd olunan proseslərin idarə olunması üçün bugünədək identifikasiya sistemindən istifadə olunmaması ölkə daxilində qida məhsullarının təhlükəsizliyinə və istehsal edilən məhsulların ixrac edilməsinə ciddi maneələr yaradır.
Tətbiq olunacaq yeni sistem heyvanların həyatı boyu genetik xətt üzrə izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icra edilməsinə imkan yaradacaq, ölkəmizin müasir qida təhlükəsizliyi standartlarına inteqrasiyasını sürətləndirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04