İrsi qan xəstəliklərinin yayıldığı əsas ərazilər- SİYAHİ
31 oktyabr 2013 17:10 (UTC +04:00)

İrsi qan xəstəliklərinin yayıldığı əsas ərazilər- SİYAHİ

 

“Azərbaycanda irsi hemoqlobinopatiyalar- hemeoqlobinin irsi pozuntuları geniş yayılıb”. Lent.az-ın məlumatına görə, bunu Respublika Diaqnostika Mərkəzinin genetiki, professor Elxan Rəsulov bildirib. Onun sözlərinə görə, bunlardan ən çox təsadüf ediləni betatalassemiyadır: “Əhalimizin 8 faizi praktiki  sağlam olsalar da, talassemiya xəstəliyinin daşıyıcısıdır”.

 

Genetikin sözlərinə görə, Qobu qəsəbəsinin əhalisində birləşdirici toxumanın xəstəliyi olan ElersDanlos sindiromuna, Buzovna əhalisində hemofiliya qan xəstəliyinə, Şəki, Qəbələ Ağdaş və bu rayonlara yaxın ərazilərin əhalisində anormal hemoqlobinlərə daha çox təsadüf edilir: “Cənub bölgəsində Q6FD fermentinin çatışmazlığına çox yüksək tezliklə rast gəlinir”.

 

E. Rəsulov onu da vurğulayıb ki, Azərbaycanda oraqvari anemiya da aşkarlanır ki, onun klinikası talassemiya ilə çox oxşardır: “Analiz etmədən diaqnoz qoymaq mümkün deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1532

Oxşar yazılar