Azərbaycanda daha bir “məktəb aksiyası”
07 noyabr 2013 12:07 (UTC +04:00)

Azərbaycanda daha bir “məktəb aksiyası”

Bir qrup valideyn Mingəçevir şəhərindəki Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseydə aksiya keçirib. Lent.az-ın məlumatına görə, aksiyaya iştirakçıları vəzifəsindən azad olunan lisey direktoru Mayıl İsmayilovun vəzifəsinə qaytarılmasını tələb ediblər. 

 

Valideynlərdən birinin Lent.az-ın verdiyi məlumata görə, M. İsmayılov 65 yaşı tamam olduğu üçün vəzifəsindən kənarlaşdırılıb: “Adıçəkilən liseyi İsmayıl müəllim 1996-cı ildə yaradıb. Həmin məktəbə təyin olunan Aidə xanım bundan öncə Mingəçevirdə bağça müdiri və eyni zamanda, böyük məktəblərdən birində direktor vəzifəsində çalışıb. Aksiya iştirakçılarının qarşısına  Mayıl İsmayılovun özü çıxıb. Onun xahişindən sonra aksiya dayandırılıb”.

Qeyd edək ki, bu barədə ilk məlumatı “aznews” yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1942

Oxşar yazılar