Azərbaycanda bəzi məktəblər birləşdirilə bilər
14 aprel 2014 16:01 (UTC +04:00)

Azərbaycanda bəzi məktəblər birləşdirilə bilər

Azərbaycanda məktəblər şəbəkəsinin rasionallaşdırılması məsələsi gündəmdədir.

 

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, rasionallaşdırma deyəndə, məsələni sadəcə bir məktəbin digər məktəblə birləşdirilməsi kimi başa düşmək olmaz. Burada bir çox amillərin mövcud olduğunu deyən A.Əhmədov qeyd edib ki, infrastruktur və digər məsələlər də gündəmdədir: “Bizim elə yaşayış məntəqələrimiz var ki, orada məktəblərin sayı azdır. Hər hansı məktəbin birləşdirilməsi, şagirdlərin ora gətirilməsi və şagird sayı az olan 3-4 kənd məktəbinin birləşdirilərək vahid bir məktəbin yaradılması kimi məsələlər təkcə bu sahədəki istəyimizdən asılı deyil. Burada mövcud olan bir çox amillər həll olunmalıdır. Rasionallaşdırma gündəmdədir, bu məsələlərlə məşğul olunur və gələcəkdə davam etdiriləcək. Amma bu, düşünülən qədər və göründüyü kimi asan məsələ deyil”.

 

Rasionallaşmaya ehtiyac olan məktəblərə gəlincə, nazirlik rəsmisi bildirib ki, daha çox dağlıq zonalarda buna ehtiyac var. Onun sözlərinə görə, ölkədə şagird kontingenti 100-dən aşağı olan məktəblər, hətta tam orta məktəblər var: “Lakin biz deyə bilmərik ki, məktəb yaşlı uşaq az olduğuna görə onlar öz ərazilərində oxumasınlar. Təbii ki, daha təkmil bir iş sistemi yaratmaqla və daha artıq məsrəf sərf etməməklə uşaqların təhsilinin təşkili vacib məsələdir. Bu, daha çox araşdırmalar və müvafiq işlərin görülməsini tələb edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1789
avatar

Oxşar yazılar