Azərbaycanda 5 günlük Ramazan tətili başlayır
14 iyun 2018 09:08 (UTC +04:00)

Azərbaycanda 5 günlük Ramazan tətili başlayır

Ramazan bayramı münasinbətilə Azərbaycanda sabahdan tətil başlayır.

 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə 15, 16 iyun Ramazan bayramıdır.

 

Bu il iyunun 15-i həm də Milli Qurtuluş Günü olduğu, 16 iyun isə şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 18 iyun - bazar ertəsi, 19 iyun - çərşənbə axşamı da qeyri-iş günü olacaq.

 

Beləliklə, Ramazan bayramında 15 iyun, 16 iyun, 17 iyun (bazar), 18 iyun və 19 iyun ardıcıl qeyri-iş günüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411
avatar

APA Baycan

Oxşar yazılar