Azərbaycanda 5389 əcnəbi vətəndaş təhsil alır
01 noyabr 2013 12:19 (UTC +04:00)

Azərbaycanda 5389 əcnəbi vətəndaş təhsil alır

 

 

Azərbaycanda təhsil alan əcnəbi tələblərin sayı açıqlanıb. Təhsil nazirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycanın ali məktəblərində 5389 nəfər əcnəbi vətəndaş təhsil alır. Bu tələbələrin böyük qismi texniki və tibb ixtisasları üzrə təhsil almaqdadırlar. Ən çox əcnəbi tələbənin Azərbaycan Tibb Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində və Azərbaycan Dövlət Neft Akademiyasında təhsil aldığı bildirilir.

 

Azərbaycanda təhsil alan əcnəbi tələbələr, əsasən Türkiyə, İran, Rusiya, Türkmənistan, Gürcüstan, Çin, İraq, Pakistan, Qazaxıstan və Suriya vətəndaşlarıdır.

 

# 536

Oxşar yazılar