[b]Azərbaycana 40 santimetr qar yağıb [/b]- <span style="color:red;">GÖRÜNTÜLƏR
24 noyabr 2017 12:45 (UTC +04:00)

[b]Azərbaycana 40 santimetr qar yağıb [/b]- GÖRÜNTÜLƏR

0

 

Şimal-qərb bölgəsinə bu gün ilk qar yağıb. Lent.az-ın ARB TV-yə istinadən məlumatına görə, havaların kəskin soyuması ilə əlaqədar dağlıq və dağətəyi ərazilərə xeyli qar yağıb. Bəzi ucqar kəndlərə gediş-gəliş çətinləşib.

 

Noyabrın 22-dən 23-ə keçən gecə Qəbələnin ucqar kəndlərinə, eləcə də yüksəkliklərə ilk qar yağıb. Dağlarda qarın qalınlığı 35-40 sm arasında dəyişir.

 

Qarın yağması rayon sakinləri, uşaqlarla yanaşı, bura gələn turistlərin də sevincinə səbəb olub.

 

Lakin qar ziyansız ötüşməyib. Yağmış güclü qar nəticəsində rayonun Laza və Duruca kəndlərinə gediş-gəlişdə müəyyən problemlər yaranıb.

 

Ərazidə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ rayon 10 saylı yol istismarı MMC-nin texnikaları yolların qardan təmizlənməsi işini aparır.

 

Həmçinin, Şamaxının dağ kəndlərinə qar yağıb. Məlhəm, Çuxuryurd, Dəmirçi, Pirqulu, Sis və digər kəndlərə 6 sm qalınlığında qar yağıb.

 

Qaxın Sarıbaş kəndinə 22 sm, Oğuzun Baş Daşağıl kəndinə 4 sm, Şəkinin Kiş kəndinə isə 3 sm qalınlığında qar yağıb. Yağıntılı hava şəraitinin noyabr ayının 25-dək davam edəcəyi, dağlıq ərazilərdə şaxta olacağı, yolların buz bağlayacağı proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 509

Oxşar yazılar