Azərbaycan Sivasda keçirilən beynəlxalq tədbirdə təmsil olunur
13 sentyabr 2013 12:04 (UTC +04:00)

Azərbaycan Sivasda keçirilən beynəlxalq tədbirdə təmsil olunur

Gənclər üçün Təhsil Mərkəzinin könüllüləri Türkiyənin Sivas şəhərində “Gənc istiqamətləndirici” adlı beynəlxalq tədbirdə ölkəmizi təmsil edir.

 

Gənclər arasında mədəniyyətlərarası dialoq və gənclərin sülh çağırışları mövzularına  həsr olunmuş tədbirdə Azərbaycandan 7 nəfər olmaqla, ümumilikdə 50 nəfər əcnəbi gənc iştirak edir.

 

Tədbir çərçivəsində könüllülərimiz Sivas valisi və bələdiyyə başqanı ilə görüşlər keçirib, ölkəmizin mədəniyyətlərarası dialoq sahəsində əldə etdiyi təcrübə və qazanılmış uğurlar barədə məlumatlar veriblər.

 

Mərkəzin mətbuat xidmətinin rəhbəri Qızılgül Teyyubovanın sözlərinə görə, bu ilin sonunda Gənclər üçün Təhsil Mərkəzi müxtəlif ölkələrdən olan 30 fəal gəncin iştirakı ilə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqa həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429
avatar

Oxşar yazılar