Qəza zamanı Azərbaycan Rusiyaya 200 meqavat enerji ötürüb
24 avqust 2016 16:58 (UTC +04:00)

Qəza zamanı Azərbaycan Rusiyaya 200 meqavat enerji ötürüb

0

Ötən gün Rusiya Federasiyasının Sverdlovski vilayətində yerləşən gücü 3800 meqavat olan “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində Sibir enerjisistemi şəbəkədən açılmış, enerjissitemdə güc çatışmamazlığı yaranıb.

 

Azərenerji” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə 600 mindən çox əhali, həmin ərazidə olan sənaye müəssisələri elektrik enerjisiz qalıb.

 

“Azərenerji”-dən bildirilir ki, Rusiya Federasiyasının enerjisistemində baş vermiş sistem qəzası zamanı Azərbaycan öz köməyini əsirgəməyib. Belə ki, Rusiya Sistem Operatorunun müraciəti əsasında ölkə enerjisisteminin ehtiyat gücü hesabına qəza baş verən andan başlayaraq, qəzanın fəsadları aradan qaldırılana kimi qonşu ölkəyə fasiləsiz olaraq  200 meqavat gücündə enerjinin ötürülməsi təmin edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar