Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, hərbçilərimiz Almaniya, Çexiya, İsveç və Türkiyədə olan beynəlxalq kurslara dəvət olunub.
Noyabrın 10-dan 14-dək Oberammerqau şəhərində (Almaniya) Silahlara nəzarət - Vyana sənədinə uyğunluq və verifikasiya üzrə kurs, Vışkov şəhərində (Çexiya) "Kimyəvi, Bioloji, Reaktiv, Nüvə hadisələri nəticəsində əmələ gəlmiş böhranların idarə edilməsi" kursu, Kungsangen şəhərində (İsveç) Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabitləri üçün kurs, noyabrın 10-dan 21-dək isə Ankara şəhərində (Türkiyə) "Silahlı Münaqişə Hüququ" kursu keçiriləcək.