“Sağlam qidalan - Sağlam yaşa” adlı video çarxın çəkilməsi layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin may ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşərək həyata keçirilməyə başlayıb. Lent.az-ın məlumatına görə, layihənin məqsədi gənc nəslin qidalanmasının vəziyyətinin müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında məlumatlandırma və maarifləndirmənin təşkilidir.
Sözügedən layihə 3 ay müddətində Bakı şəhəri ərazisində yerləşən müxtəlif təhsil müəssisələrindəki tələbə və şagirdlər arasında həyata keçirilir. Düzgün qidalanma ilə bağlı təlim qruplarının formalaşdırılması üçün Bakının müxtəlif təhsil müəssisələrində oxuyan tələbə və şagirdlər arasında seçim aparılıb. Sonra düzgün qidalanma ilə əlaqədar tədbirlər üçün seçilən qruplarla təlimlər keçirilib.
İcra olunan layihə müddəti ərzində daha geniş auditoriyanın diqqətini layihədə qaldırılan məsələyə cəlb olunmasından ötrü gənclər üçün mövzu üzrə 2 kiçik həcmli təbliğat-maarifləndirici video çarxlar hazırlanıb. I video çarxda düzgün qidalanmanın vacibliyi, xüsusi ilə yeniyetmə və gənclərin düzgün qidalanması üçün təklif edilən qida “piramida”sı, uzun və sağlam həyat yaşamaq üçün ən effektiv yol kimi tətbiq edilə qida rasionları haqqında məlumat verilir. II video çarxda GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) – Genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materialı dəyişdirilən orqanizmlər və ondan hazırlanan məhsulların insan sağlamlığına göstərdiyi təsir və fəsadlarından söhbət açılır. Həmin video çarxların daxil edilən xüsusi DVD tirajlanaraq təlimlərdə iştirakçı olan şəxslər arasında paylanıb və video çarxların nümayişi üzrə təqdimetmə keçirilib