Sentyabrın 8-dən 12-dək İstanbulda Dünya Neyroradioloqlar İttifaqının XX ümumdünya simpoziumu keçiriləcək. Lent.az-ın məlumatına görə, neyroradioloqların növbəti toplantısının keçirilməsinə bu dəfə Türkiyə Respublikası nail olub. Azərbaycanı bu mötəbər tədbirdə ilk dəfə N.Tusi adına Klinikanın şüa diaqnostikası şöbəsinin müdiri, tanınmış radioloq Yunus Əfəndiyev təmsil edəcək.
Klinikadan verilən məlumata görə, Yunus Əfəndiyev simpoziumun təşkilat komitəsinin üzvü olmaqla yanaşı, eyni zamanda həmin tədbirə əsas məruzəçilərdən biri kimi dəvət alıb. Toplantıda dünyanın bir çox neyroradioloqları, o cümlədən M.Hakman ( ABŞ), C.Barkoviç (ABŞ), A.Osborn (ABŞ) kimi mütəxəssislər də iştirak edəcəklər.