Azərbaycan beynəlxalq konvensiyaya əlavə bəyanatla qoşuldu
01 fevral 2013 17:28 (UTC +04:00)

Azərbaycan beynəlxalq konvensiyaya əlavə bəyanatla qoşuldu

Milli Məclisin bu gün keçirilən iclasında "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Lent.az-ın verdiyi məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Protokola əlavə bəyanatla qoşulub.

Bəyanat Azərbaycanın işğal olunmuş ərazilərində bu Protokolun tətbiqinin mümkün olmaması barədədir.

 

Protokol isə yerli, xarici arbitrlərin, o cümlədən Milli və yerli münsiflərin rüşvətlə ələ alınmasına görə məsuliyyəti nəzərdə tutur. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549
avatar

Oxşar yazılar