Azərbaycan Amerika Numizmatlar Assosiasiyasına üzv qəbul edilib
12 iyul 2013 15:22 (UTC +04:00)

Azərbaycan Amerika Numizmatlar Assosiasiyasına üzv qəbul edilib

Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev  Amerika Qarabağ Fondunun icraçı direktoru Dayana Altmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, görüşdə Dayana Altman Amerika Qarabağ Fondunun fəaliyyəti, Azərbaycanın mədəniyyətinin təbliğində görülmüş işlər və ölkələr arasında iqtisadi və mədəni əlaqələrin inkişafına verilmiş töhfələr barədə danışıb.

Aqşin Vəliyev nümayəndə heyətinə Bank haqqında, o cümlədən Azərbaycanda pul nişanlarının fəlsəfəsi və dizayn konsepsiyasına dair ətraflı məlumat verib. Görüş zamanı Azərbaycanın nüfuzlu dünya ölkələri arasında iqtisadi inkişaf tempinə görə öz layiqli yerini tutmaqla yanaşı, dünyada zəngin mədəniyyətə malik olan bir ölkə kimi də tanınması da xüsusi qeyd olunub.

Amerika Numizmatlar Assosiasiyasının üzvü Coel Forman Amerikanın tanınmış "Coin World" jurnalında çap olunmuş müəllifi olduğu, Azərbaycanın numizmat tarixinə həsr edilmiş məqaləsi barədə məlumat verib. Coel Forman Azərbaycanın Amerika Numizmatlar Assosiasiyasının üzvləri sırasına qəbul olunmasını xüsusilə qeyd edib və üzvlüyü təsdiq edən sertifikatı  Mərkəzi Banka təqdim edib.

Görüşdə Mərkəzi Bankla Amerika Qarabağ Fondu arasında gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

# 392
avatar

Oxşar yazılar