“İşdən özüm çıxmışam”. Lent.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının keçmiş mətbuat katibi, “Azərtac” Dövlət Agentliyinin Türkiyə üzrə xüsusi müxbiri təyin olunmuş Azər Sarıyev “facebook” sosial şəbəkəsindəki profilində yazıb.
Qeyd edək ki, A. Sarıyev “Azərtac”da fəaliyyətə başlamasından bir neçə həftə sonra işdən çıxması barədə ərizə təqdim edib.
A. Sarıyev qeyd edib ki, işdən çıxmasının səbəbi Türkiyədəki şərtlərə və şəraitə uyğunlaşa bilməməsidir: “İkinci səbəb isə övladlarıma təhsil verməklə bağlı hədəflərimə çatmanın mümkün olmayacağını gördüm”.
Jurnalist onun qərarını anlayışla qarşıladıqlarına görə “AzərTAc”ın rəhbərliyinə və kollektivinə təşəkkürünü də bildirib.