Azan verilməsində ikitirəlik salanlarla bağlı dövlət qərar verməlidir
08 iyul 2013 16:16 (UTC +04:00)

Azan verilməsində ikitirəlik salanlarla bağlı dövlət qərar verməlidir

“Ölkəmizdə azan verilməsi məsələsi bizi çox çətinliyə salıb”. Lent.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Allahşükür Paşazadə bildirib.

Şeyxin sözlərinə görə, dövlətdən azan verilməsi sahəsində ikitirəlik salanlarla bağlı ciddi qərarlar verilməsi xahiş olunacaq: “Hətta əgər şəxs balkonundan azan verirsə, başqasını yoldan çıxarırsa və bu, başqa təsirlərə yol açırsa, deməli, biz xahiş etməliyik ki, bu məsələdə dövlət bizə kömək etsin. Xüsusilə Ramazan ayında. Çünki burada iftarın açılması ilə azanın verilməsi, səhərin qurtarması və s. söhbətlər var. Bəzən görürsən ki, yarım saat qabaq kimlərsə azanı verdi və bununla da insanları hansısa məqsədlə arxasınca apardı. Bizim tərəfdən verilən azanla getmək lazımdır. Əks halda, bu, çoxlu narazılıqlar yaradır. Biz təqvimlər paylamışıq və orada vaxt Şamaxı Rəsədxanası ilə birgə çox aydın göstərilib. Bizim təqdim etdiyimiz hər iki məzhəb üçün yararlı olan azandır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1815

Oxşar yazılar