Azad Rəhimovdan fəxri ad istədilər
21 sentyabr 2013 14:34 (UTC +04:00)

Azad Rəhimovdan fəxri ad istədilər

Gənclər və idman naziri Azad Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.  Qəbulda Sumqayıt şəhərinin, Şamaxı, Abşeron, Xızı, və Qobustan rayonlarının sakinləri iştirak ediblər.
Qəbula gələn vətəndaşlar əsasən, güzəştli ipoteka krediti, idman sahəsində fəxri ad almaq, rayonlarda gənclər mərkəzinin tikintisi, stadionların təmiri, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi, mövcud zalların təmiri, idman avadanlıqları ilə təminat, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə, müalicə, təhsil haqqının ödənilməsi üçün maddi yardım istəyi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.

 

 

Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri qəbul zamanı elə yerindəcə həllini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998
avatar

Oxşar yazılar