Avqustun 5-də Gənclər və idman naziri Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək. Nazirlikdən Lent.az-a verilən məlumata görə, qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00 -da Qəbələ Mədəniyyət Mərkəzində başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar iyulun 30-dan avqustun 3-dək adıçəkilən şəhər və rayonların gənclər və idman idarələrinə müraciət edə bilərlər.