Gənclər və idman naziri Azad Rəhimov aprelin 2-də Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11-00 -da Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində (Lənkəran şəhəri, Z.Əliyeva küç.2) başlanacaq.