Azərbaycan hidrometeoroloqları ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, nisbətən mülayim hava şəraitindən sonra oktyabrın 4-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun tədricən 5-8 dərəcə aşağı enəcəyi, fasilələrlə yağış yağacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.