Avropa Birliyi ilə müqavilə bağlanarkən “Arşın mal alan” səsləndi
29 noyabr 2013 18:09 (UTC +04:00)

Avropa Birliyi ilə müqavilə bağlanarkən “Arşın mal alan” səsləndi

Litvanın paytaxtı Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammitində Azərbaycan və Avropa Birliyi arasında vizaların sadələşdirilməsinə dair müqavilə imzalanarkən, milli musiqi səsləndirilib. Lent.az-ın məlumatına görə, anlaşmaya Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qol çəkib.

 

Bu zaman tanınmış bəstəkarımız Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından bir hissə çalınıb.

 

Qeyd edək ki, Avropa Birliyinin Gürcüstanla bağladığı müqavilə zamanı “Suliko” musiqisi səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023
avatar

Oxşar yazılar