Avropa Azərbaycan Məktəbinin 9-cu sinif şagirdləri Azercell-i ziyarət ediblər. Görüş zamanı şirkət barədə şagirdlərə məlumat təqdim edilib, onları maraqlandıran suallara cavab verilib. Bundan əlavə şagirdlərə Elektromaqnit Dalğaları və onların istifadə edilən yerləri haqqında 1 saatlıq təlim keçirilib. Təlimdən sonra, Elektromaqnit Dalğaların GSM şəbəkəsində istifadəsi əyani şəkildə şagirdlərə nümayiş olunub. Sözügedən təqdimatdan sonra şagirdlər üçün Azercell şirkətinə ekskursiya da təşkil olunub.
Şagirdlər ekskursiya zamanı həm İnformasiya Kommunikasiya Texnologiyaları, həm də SANTRAL məlumat mərkəzində olublar. Bu şöbədəki avadanlıqlar, onların funksiyaları, gördüyü işlər haqqında şagirdlərə geniş məlumat verilib. Eyni zamanda şagirdlər İKT şöbəsinin bölümləri ilə də tanış olublar.
Qeyd edək ki, Azercell Azərbaycanda ən qabaqcıl ali təhsil ocaqları ilə əməkdaşlıq edir, tələbələrin inkişafına, dünya səviyyəli kadrlar yetişdirilməsi prosesinə öz töhfəsini verir.
Xatırladaq ki, Azercell-in dəstəyi ilə Qafqaz Universiteti və Naxçıvan Dövlət Universitetində respublikada və bölgədə ilk dəfə olaraq 4G sınaq imkanları yaradılıb. Bundan əlavə, Azercell istedadlı tələbələrin təhsilini stimullaşdırmaq üçün xüsusi Təqaüd Proqramını həyata keçirir. Şirkətin Barama layihəsi isə bacarıqlı gənclərin öz ideyalarını reallaşdırmasına imkan verən geniş bir məkana çevrilib. Azercell həmçinin tələbələr üçün xüsusi endirimləri nəzərdə tutan “Tələbə 1-liyi” tarif paketini təqdim etmişdir. Bu paket tələbələrə öz aralarında 1 dəqiqəsi 1 qəpiyə danışmağa imkan verir.