Moldovanın Ombudsmanı Aurelia Qriqoriunun Ermənistan parlamentində Xocalı soyqırımı ilə bağlı çağırışı əsasında Diaspor Jurnalistləri Birliyinin (DJB) Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Qaraş Tağıyev film çəkib. Lent.az-ın məlumatına görə, bu barədə birliyin mətbuat xidməti AzərTac-a xəbər verib. Belə ki, filmin əsas süjet xəttini Ombudsmanın Xocalı həqiqətlərini səsləndirməsi və bunun nəticəsində Ermənistanda üzləşdiyi fəlakətlər, təhlükələr təşkil edir.
Ekran əsərində xanım Aurelia filmdə ermənilərin nəinki təcavüzkarlığını və mənfurluğunu, hətta qonağa və hüquq müdafiəçisinə qarşı kobud davranışlarını da diqqətə çatdırır və başına gələnləri göz yaşları ilə danışır.
Filmin əsas məqsədi erməni təcavüzkarlığının sərhədsizliyini, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Yaxın günlərdə təqdimatı olacaq filmin mətni Azərbaycan və rus dillərində səsləndirilib.