Bu gün saat 12:00-a qədər ölkə üzrə qan verən vətəndaşların sayı açıqlanıb. Mərkəzi Qan Bankından Lent.az-a verilən məlumata görə, qeyd olunan müddətə qədər ümumilikdə 2454 nəfər könüllü qan verib. Belə ki, Mərkəzi Qan Bankında 152 nəfər, Bakı şəhərindəki “Təzə pir” məscidində 278 nəfər, , “Mir-Mövsüm ağa” ziyarətgahında 256 nəfər, “İçərişəhər Cümə” məscidində 100 nəfər, “Hacı Soltanəli” məscidində 120 nəfər, Keşlə qəsəbə məscidində 170 nəfər, “Bibi Heybət” məscidində 145 nəfər,
Sumqayıt şəhər “Cümə məscidi”ndə 137 nəfər, Gəncə şəhər “İmamzadə məscidi”ndə 140 nəfər, Lənkəran şəhər “Böyükbazar məscidi”ndə 240 nəfər, Mingəçevir şəhər “Heydər məscidi”ndə 105 nəfər, Şəki şəhər “Cümə məscidi”ndə 22 nəfər və Bərdə şəhər “Cümə məscidi”ndə 109 nəfər qan verib.
Onu da qeyd edək ki, tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Məlumat üçün qeyd edək ki, ötən il “Aşura günü” keçirilən qanvermə
aksiyalarında 4800 nəfər könüllü qan verib.