““Aşura günü qan vermə” aksiyasına 8:00-da start verilib. Məscidlərdə aksiya davam edir. 16:00-ya olan məlumata görə, 3930 donor qan verib. Ötən ilə nisbətən aktivlik artıb. Aktivlik əsasən qətl sınandan sonra, 11:00-dan 15:00 arası oldu. 18 yaşından 65 yaşınadək hər kəs qan verə bilərdi. Onların arasından seçimi isə bizim həkimlər etdi. Qan təzyiqi və qanda hemoqlabini aşağı olanlardan qan götürülmədi. Lakin sizin kimi iddialı insan olanda, biz ona xəbərdarlıq edirik, amma mane olmuruq. Aksiyada iştirak edən həkim və tibb bacıları Mərkəzi Qan Bankının işçiləridir. Səhiyyə Nazirliyi bizə əlavə poliklinikalardan həkimlər veriblər. Bəzən qan verən donor tam sağlam olsa da, qorxudan ürəkgetmələr olur. Belə olan halda insanlara yardım etmək məqsədi ilə bu həkimlər məscidlərdə yerləşdirilib”. Bunu Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva deyib.
Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının verdiyi fətvaya görə, Azərbaycanda bu gün Aşura günü kimi qeyd edilir. Fətvaya əsasən, 1435-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2013-ci il noyabrın 5-nə, Aşura günü noyabrın 14-nə təsadüf edir. Bu gün Kərbəla şəhidlərinin xatirəsinin yad edilir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməsi QMİ tərəfindən məsləhət verilir. Son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili olunur. Bununla əlaqədar Azərbaycanda 14 məsciddə qan vermə aksiya keçirilir: Təzə Pir məscidi, Hacı Soltanəli məscidi, Bibiheybət ziyarətgah məscidi, İçərişəhər Cümə məscidi, Qaraçuxur məscidi, Mir Mövsüm ağa ziyarətgah məscidi, Keşlə qəsəbə məscidi, Cümə məscidi,Gəncə- İmamzadə ziyarətgah məscidi, Mingəçevir- Heydər məscidi,Şəki- Cümə məscidi, Lənkəran - Böyük bazar məscidi, Bərdə - Cümə məscidi və Hacı Əjdərbəy məscidi.