Astarada bulvar salınır - <span style="color:red;">FOTO
03 noyabr 2014 17:36 (UTC +04:00)

Astarada bulvar salınır - FOTO

Astarada Bakı bulvarı ilə rəqabət aparacaq bulvar salınır. Lent.az-ın məlumatına görə, Park-bulvarın tikintisinə  2014-cü ilin aprel ayında başlanılıb. 8 hektar bataqlıq sahədə salınan park-bulvarın tikintisi üçün 250 min kub metrə yaxın torpaq daşınıb, sahilboyu 650 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı dəmir beton konstruksiya ilə betonlanıb. Bulvarda 7000 kv metr travertin materialı düzülüb, sahil boyu paslanmayan borudan 600 metr məhəccər qurulub, müasir işıqlandırılma sistemi quraşdırılıb. 150-dən çox xançinar, dəmir ağac,  palıd və müxtəlif növ dekorativ ağaclar əkilib, suvarma sistemi qurulub və 600 kv metrlik fəvvarə tikilib. Hazırda 2 ədəd şəlalənin tikintisi, uşaqların əylənməsi üçün müxtəlif  attraksionların quraşdırılması işləri aparılır. 

Bulvar ərazisində əyləncə mərkəzinin, çay evi və kafenin, çimərlik futbolu, çimərlik voleybolu və açıq fitnes meydançalarının yaradılması nəzərdə tutulub.

Bundan əlavə, rayona gələn turistlərin və qonaqların istirahətini təmin etmək üçün bulvara yaxın ərazidə olan mövcud bina yenidən qurularaq 3 mərtəbəli hotel inşa edilib. Eyni zamanda  hotelin yaxınlığında 12 ədəd 2 mərtəbəli kottec də tikilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965
avatar

Səlcuq Elçin

Oxşar yazılar