Astarada QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbir keçirilib
29 noyabr 2013 00:07 (UTC +04:00)

Astarada QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbir keçirilib

Astara Pedaqoji Kollecində Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi, rayon Gənclər və İdman İdarəsi, Rayon Mərkəzi Xəstəxanasının birgə təşəbbüsü ilə 1 dekabr-Ümumdünya Qazanılmış İmmun Çatışmamazlığı Sindromu (QİÇS) ilə mübarizə gününə həsr olunmuş seminar və tədbir iştirakçılarının qan testləri keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, “İnsanın İmmun Çatışmamazlığı Virusunun müayinəsi ilə bağlı Avropa həftəliyi” çərçivəsində keçirilən tədbiri giriş sözü ilə Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyev açaraq seminarın əhəmiyyətini dəyərləndirməklə onun təşkili üçün müvafiq qurumlara təşəkkürünü bildirib.

 

Daha sonra Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati Metodiki şöbəsinin nümayəndəsi Eldəniz Muradov və Epidomoloji Nəzarət şöbəsinin müdiri Telman Məhərrəmov “ İİV və QİÇS nədir?”, “İİV  necə ötürülür?”, “ İİV-dən necə qorunmalı” mövzularında müharizə ilə çıxış ediblər.

 

Qeyd olunub ki, hazırda dünyada 34 milyon, Azərbaycanda 4174 nəfər, Astara rayonunda isə 176 nəfər İİV daşıyıcısı var. İİV daşıyıcılarının 60-65 faizini narkomanlar təşkil edir.

 

Sonra seminar iştirakçılarına mövzu ilə bağlı maarifləndirici ədəbiyyatlar  paylanıb.

Tədbir tələbə gənclərdən  İnsanın İmmun Çatışmamazlığı Virusu üzrə qan nümunələrinin laboratoriya sınaq testləri ilə yekunlaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 977
avatar

Oxşar yazılar