ASAN Xidmət mərkəzləri mayın 9-da işləməyəcək
07 may 2018 14:56 (UTC +04:00)

ASAN Xidmət mərkəzləri mayın 9-da işləməyəcək

0
 
9 may - Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
 
 
 
"ASAN Xidmət"dən Lent.az-a verilən məlumata görə, mayın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
 
 
Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla,  digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. 
 
 
Həmçinin, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar