Arxeoloji abidələrin bərpası üzrə düşərgə təşkil olunacaq
06 sentyabr 2013 18:22 (UTC +04:00)

Arxeoloji abidələrin bərpası üzrə düşərgə təşkil olunacaq

Sentyabrın 18-25-də memarlıq və arxeoloji abidələrin bərpası, konservasiyası sahəsində düşərgə təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, layihə çərçivəsində iştirakçılara Bakı və Quba şəhərlərində yerli və xarici mütəxəssislərin iştirakı ilə memarlıq və arxeoloji abidələrin bərpası, konservasiyası sahəsində təlimlər keçiriləcək, iştirakçılar "Xınalıq" tarix, memarlıq və etnoqrafiya qoruğunda, Abşeron yarımadası ərazisində arxeoloji qazıntılarda iştirak etmək imkanı əldə edəcək, son illər ərzində bərpa edilmiş və hazırda bərpası davam etdirilən tarix, mədəniyyət abidələrini ziyarət edəcəklər. 

 

Düşərgədə yaşı 29-dək olan, mədəni irs və onun inkişafı ilə bağlı sahələr üzrə (memarlıq, arxeologiya, turizm, mədəniyyətşünaslıq və digərləri) ixtisaslaşan bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil alan və ya məzun olmuş gənclər iştirak edə bilərlər. İştirakçıların seçimi müsahibə əsasında həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar