Baş Prokurorluq müraciətləri onlayn cavablandıracaq
08 oktyabr 2014 15:59 (UTC +04:00)

Baş Prokurorluq müraciətləri onlayn cavablandıracaq



Artıq vətəndaşlar Baş Prokurorluğa internet üzərindən də müraciət edə biləcəklər. Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Baş Prokurorluğun veb-saytında Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən “Müraciətlərə onlayn baxılması” funksiyası (bölməsi) yaradılıb.
 

 

Elektron vasitələrdən istifadə etməklə daxil olmuş müraciətlər operativ cavablanacaq, müraciətə baxılması vəziyyəti barədə vətəndaşın daha çevik məlumatlandırılması təmin ediləcək.

 

Prokurorluğa müraciət etmiş vətəndaşlar həmin xidmət vasitəsilə Baş Prokurorluğun veb-saytına (www.prokurorluq.gov.az) daxil olaraq onlara proqram tərəfindən avtomatik olaraq göndərilmiş bildirişdəki koddan və xüsusi paroldan istifadə etməklə müraciətlərinə dair cavabı elektron variantda əldə edə biləcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar