ARDNŞ Qaraçöpə su kəməri çəkib
12 mart 2013 16:34 (UTC +04:00)

ARDNŞ Qaraçöpə su kəməri çəkib

Bu gün Gürcüstanın Saqareco rayonunun Qaraçöp və Badiauri kəndlərinə çəkilmiş içməli su xətlərinin açılışı olub.

 

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, SOCAR-ın Gürcüstanda həyata keçirdiyi sosial layihələr çərçivəsində 24000 əhalisi olan Qaraçöp kəndinə 12000 metr uzunluğunda su kəməri çəkilib.

 

Kəmərə mövcud drenaj sistemindəki quyudan su vurmaq üçün Almaniyanın “WiloSE” firmasının istehsalı olan nasos quraşdırılıb. Su polietilen borular vasitəsilə 24 saat fasiləsiz həcmi 200 kubmetr olan rezervuara doldurulur, sonra isə kəndə ötürülür. Su sərfi saniyədə 25 litr - 90 m/saatdır. Sonuncu nöqtədə sərbəst təzyiq 9,5 m/saat olur. Nasos stansiyasının ərazisində sanitar mühafizə zonası yaradılıb, əlavə olaraq 8 dəmir-beton axar tikilib. Badiauri kəndinə çəkilmiş su kəməri də “WiloSE” nasosları ilə təchiz olunub. Əhalisi 1644 nəfər olan kənd üçün hesablanmış kəmərin uzunluğu 6200 metrdir. Rezervuarın həcmi isə 100 kubmetrdir. Layihəyə uyğun olaraq, burada 25 dairəvi dəmir-beton yığma su quyusu tikilib. Nasos stansiyasının fasiləsiz işini təmin etmək üçün əlavə olaraq 1200 metr uzunluğunda yüksək voltlu elektrik xətti çəkilmiş və 20 dəmir-beton dayaq qoyulub. 

Açılış mərasimlərində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-in vitse-prezidenti Süleyman Qasımov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 916
avatar

Oxşar yazılar