Apteklərdə aparılan reydlərin nəticələri açıqlandı
11 iyun 2013 16:49 (UTC +04:00)

Apteklərdə aparılan reydlərin nəticələri açıqlandı

Səhiyyə Nazirliyi apteklərdə aparılan reydlərin nəticəsini açıqlayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən bu ilin I rübü ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana, Ədliyyə Nazirliyinin yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə birgə reydlər keçirilib.

Ümumilikdə 68 aptekdə reyd keçirilib.

Reydlər zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 1 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılıb. Reydlər zamanı həmçinin yararlıq haqqında analiz protokolu olmayan 1202 qutu (bunlardan 818 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitmiş 9 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar