Apamark şirkəti Gilan Südçülük Kompleksi üçün loqo hazırladı
04 dekabr 2017 10:00 (UTC +04:00)

Apamark şirkəti Gilan Südçülük Kompleksi üçün loqo hazırladı

 
 
2017-ci ildə kənd təsərrüfatı və qida sektoru üzrə layihələrdə aktiv iştirak edən  Apamark şirkəti Gilan Südçülük Kompleksinin loqo və loqo qaydaları sifarişi işini uğurla tamamladı.
 
 
Gilan Kənd Təsərrüfatı portfelinə daxil olan Gilan Südçülük Kompleksi üçün hazırllanmış loqo İconic (Aykonik) üslubda yığılmışdır. Loqoda iri buynuzlu heyvan və süd damcısı əks olunub. 
 
 
Apamark şirkətinin Qrafik Dizayneri Bəhruz Manafovun sözlərinə görə Azərbaycanda kənd təsərrüfatı üzrə fəaliyyət göstərən şirkətlərin öz işlərinə yeni nəfəs gətirməsi və marketinq sahəsinə önəm vermələri sevindirici bir haldır. Şirkətimiz tərəfindən Gilan Südçülük Kompleksinə 3 loqo konsepti təqdim olunmuşdu və sifarişçi tərəf kompleksin fəaliyyətinə daha yaxın olan bu loqonun üzərində qərarlaşıldı. Yeni loqo Südçülük kompleksinə aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı bütün nəşrlərdə əks olunacaq.
 
 
Qeyd edək ki, Apamark Marketinq və PR şirkəti bu yaxınlarda süd və süd məhsulları sahəsində ixtisaslaşan bir markanın yeni saytını təqdim edəcək. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Oxşar yazılar