ANS “Yeni Müsavat”a qarşı iddiasını geri götürdü
17 aprel 2013 13:07 (UTC +04:00)

ANS “Yeni Müsavat”a qarşı iddiasını geri götürdü

ANS Şirkətlər Qrupu "Yeni Müsavat" qəzetinə qarşı məhkəmə iddiasını geri götürüb. Bu barədə məlumatı musavat.com-a "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu verib. Baş redaktorun sözlərinə görə, bu gün ANS Şirkətlər Qrupunun rəhbərliyindən ona zəng edərək bildiriblər ki, qəzetlərə qarşı son məhkəmə prosesləri nəticəsində onların bağlanma təhlükəsini nəzərə alaraq, ANS belə bir həmkar jesti edir. "Biz istəmirik ki, hansısa qəzetlər bağlansın. Bizim istəyimiz budur ki, jurnalistlər məhkəmələr vasitəsilə məsuliyyətli olmağa alışsınlar. Bizim məhkəmə müraciət etməyimizin səbəbi demokratik hüquqlarımızdan istifadə etməkdir. Amma əgər məhkəməyə verdiyimiz qəzetlərə qarşı ciddi təhlükə varsa, o bağlanmaq təhlükəsi ilə üz-üzədirsə, biz bu prosesə qoşulmayacağıq. Ona görə də iddiamızdan imtina edirik", - ANS rəhbərliyi "Yeni Müsavat"ın baş redaktoruna bildirib.

ANS-in bu addımı ilə bağlı məlumat artıq İctimai Palatanın mediaya basqılara dair iclasında səslənib və təqdirlə qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1049
avatar

Oxşar yazılar