AMEA prezidentindən ingilis dilini bilməyən gənc alimlərə xəbərdarlıq
14 mart 2013 16:14 (UTC +04:00)

AMEA prezidentindən ingilis dilini bilməyən gənc alimlərə xəbərdarlıq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti səlahiyyətlərini icra edən Akif Əlizadə akademiyanın gənc alimlərinin ingilis dilini bilməməsindən narazılıq edib.


 

APA-nın xəbərinə görə, AMEA-nın Gənc Alimlər şuralarının sədrləri ilə görüşündə Akif Əlizadə deyib ki, ingilis dilini bilməmək gənc alimlər üçün böyük qüsurdur: “İngilis dilini bilməyən gənc elmlə məşğul ola bilməz. Mən həm Bakı Dövlət Universitetində, həm də Azərbaycan Dövlət Neft Akademiyasında diplom buraxılışlarının sədriyəm. Gənclərin əksəriyyəti nəinki ingilis, heç rus dilini də bilmirlər. Sözsüz ki, dövlət dilini bilmək vacibdir. Ancaq bu gün humanitar sahədə olmasa da, təbiət, texniki sahələr üzrə ədəbiyyatların çoxu rus dilindədir. O ədəbiyyatları oxuya bilməyən adam nə edə bilər?"

 

A.Əlizadə gənc alimləri aktiv olmağa çağırıb: “AMEA-nın institutlarında tələbələr də çalışmalıdırlar. Elm çox irəli gedir. Azərbaycanda gənc alimlərə böyük ehtiyac var. Hazırda AMEA üzvlərinin orta yaşı 60-65-70-ə çatıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1501
avatar

Oxşar yazılar