AMEA prezidenti vəzifəsinə seçki başlayıb
24 aprel 2013 11:58 (UTC +04:00)

AMEA prezidenti vəzifəsinə seçki başlayıb

0

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir. APA-nın xəbərinə görə, iclası AMEA prezidenti vəzifəsini icra edən Akif Əlizadə açıb.

 

O deyib ki, ötən ilki hesabat iclasından sonra AMEA-nın 9 görkəmli akademiki dünyasını dəyişib.

 

Onların sırasında AMEA-nın sabiq prezidenti Mahmud Kərimov, Coğrafiya İnstitutunun sabiq direktoru Budaq Budaqov və digərləri var.

 

İclasda ötən iclasdan sonra dünyasını dəyişən alimlərin xatirəsi bir dəqiqə sükutla yad edilib.

 

İclasın gündəliyinə 3 məsələ daxil edilib. Gündəliyə əsasən, AMEA prezidenti vəzifəsinə seçkilər keçiriləcək. İclasda həmçinin AMEA Rəyasət Heyətinin strukturu da seçiləcək.

 

Daha sonra AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev Akademiyanın 2012-ci ildəki fəaliyyətinə dair məruzə təqdim edəcək.

 

İclasda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də iştirak edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2733

Oxşar yazılar