AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi loqotipi təsdiq edilib. AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, loqotip istənilən idarə və müəssisənin, şirkətin tanınmasında mühüm rol oynayan vasitələrdən biridir.
Akademiyanın loqotipi dairəvi formadadır. Tünd qırmızı rəng çalarında olan loqoda Azərbaycan Milli Elmlər Akademiyasının adı 2 dildə - Azərbaycan və ingilis dillərində dairəvi formada yazılıb, dairənin mərkəzində isə AMEA-nın əsas binasının qrafik təsviri əks olunub.