AMEA-nın Aqrar bölməsi Gəncəyə köçürülür
18 iyul 2014 16:03 (UTC +04:00)

AMEA-nın Aqrar bölməsi Gəncəyə köçürülür

Gəncə şəhər İcra Hakimiyyətində 2014-cü ilin ilk 6 ayının hesabat yığıncağı keçirilib. Bu barədə Lent.az-a Gəncə İH-dən məlumat verilib.

Tədbirdə çıxış edən icra başçısı Elmar Vəliyev qeyd edib ki, hesabat dövründə rəhbər orqanlardan 1 min 78 sayda, o cümlədən Prezident Administrasiyasından  833 sayda  müraciət daxil olub. 2014-cü ilin yanvar-iyun ayları ərzində keçirilmiş səyyar qəbullarda 8 min 300 nəfər iştirak edib, bunlardan 681 nəfər vətəndaş tərəfindən irəli sürülmüş 115 məsələnin hamısı öz müsbət həllini tapıb.

Yeni irimiqyaslı layihələrdən söz açan E. Vəliyev vurğulayıb ki, şəhərin nəqliyyat sektorunda önəmli yeniliklər gözlənilir. Bundan başqa Gəncənin Heydər Əliyev parkı yaxınlığında  çoxmərtəbəli binaların tikintisinə başlanılıb. Səhiyyə, təhsil və mədəniyyət sahələrində yenidənqurma işləri davam edir.

Elmar Vəliyev əlavə edib ki, yeni tədris ili ərəfəsində səkkiz məktəb binası əsaslı təmirdən sonra istifadəyə veriləcək. İlin sonuna kimi isə Gəncə şəhərində 15-ə yaxın körpələr evi uşaq bağçaları yenidən qurulacaq. Avadanlıq və inventarla təchiz ediləcək. İcra başçısı xatırladıb ki, ümumilikdə 2014-cü ilin sonuna kimi şəhərdə 20 binanın açılışı gözlənilir.

Bundan başqa 1,2 kilometr ərazidə bulvar kompleksi 2015-ci ilə kimi təhvil veriləcək. Cari ilin sentyabr ayında Göygöl su xəttinin açılışı nəzərdə tutulur. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vurğulayıb ki, şəhərdə Fəxri Xiyabanın yaradılması və ərazisinin təyin edilməsi ilə bağlı sərəncam da artıq imzalanıb. AMEA-nın aqrar bölməsinin Gəncə şəhərinə köçürülməsi ilə bağlı da razılıq əldə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar