Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları edilib. Lent. az-ın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul olunub. Qərara əsasən, akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə elmlər doktoru Ayaz Bayramov İnnovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov elmi katibi təyin olunub.
Bundan əlavə, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasına yeni təyinatlar olub. Belə ki, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Elçin Babayev AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini (ictimai əsaslarla), Vaqif Xəlilov isə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasına elmi katibi vəzifəsinə təyin edilib.