AMEA-da Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirilib
14 iyun 2013 13:30 (UTC +04:00)

AMEA-da Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, 15 iyun Azərbaycan xalqı üçün şərəfli bayram günüdür. O vurğulayıb ki, 20 il bundan öncə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə inkişafa nail olunub: “Azərbaycanda Milli Qurtuluş Günü 1997-ci ildən qeyd olunur. 1998-ci ildən bu bayrama dövlət statusu verilib”.

Vitse-prezidentin sözlərinə görə, Heydər Əliyevin istər Sovet dönəmində, istərsə də müstəqillik tarixində elmin inkişafı istiqamətində həyata keçirdiyi davamlı siyasəti sayəsində AMEA Azərbaycan xalqının intelektual sərvəti kimi qorunub, saxlanılıb və səlahiyyətləri xeyli artırılıb: “Bundan əlavə, Azərbaycan Elmlər Akademiyasına Heydər Əliyev tərəfindən “milli” statusu verilib”.

Tədbirdə həmçinin, akademiklər Teymur Bünyadov, Maqsud Əliyev, AMEA-nın müxbir üzvləri Vaqif Abbasov, Ramiz Məmmədov və digərləri çıxış edərək Heydər Əliyevin Azərbaycan elminə diqqət və qayğısından bəhs ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar