Prezident İlham Əliyev Altay Qulam oğlu Zahidova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncama əsasən A. Zahidov Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə prezidentin fərdi təqaüdünə layiq görülüb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.