Allahşükür Paşazadə İranın gənclər və idman naziri ilə görüşüb
13 iyul 2013 17:04 (UTC +04:00)

Allahşükür Paşazadə İranın gənclər və idman naziri ilə görüşüb

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə İranın gənclər və idman naziri Məhəmməd Abbasini qəbul edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə A. Paşazadə İranla Azərbaycan Respublikası arasındakı əlaqələrin səviyyəsindən məmnun olduğunu deyərək, İranda yeni prezidentin seçilməsindən sonra iki ölkənin dostluq əlaqələrinin yeni bir mərhələyə qədəm qoyduğunu söyləyib.

 

M. Abbasi isə öz növbəsində iki xalq arasındakı dərin tarixi və dostluq əlaqələrinə toxunaraq, İranın Azərbaycan Respublikasının müstəqilliyinə böyük əhəmiyyət verdiyini və hər zaman bu ölkənin yanında olacağını vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580
avatar

Oxşar yazılar