Allahşükür Paşazadə Dağıstana gedib
28 iyun 2018 16:55 (UTC +04:00)

Allahşükür Paşazadə Dağıstana gedib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 28-də Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərinə səfər edib.
 
 
QMİ-dən Lent.az-a verilən xəbərə görə, səfərdə məqsəd Dağıstanın tanınmış dövlət və ictimai xadimi Məhəmmədsalam Umaxanovun  100 illik yubileyinə həsr olunmuş respublika səviyyəsində təntənəli şəkildə keçirilən tədbirdə iştirak etməkdir.
 
 
Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi yubiley tədbiri çərçivəsində Qafqazın Şeyxilislamı A. Paşazadə Dağıstanın ictimai və din xadimləri ilə səmimi qardaşlıq görüşləri keçirib. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315
avatar

Oxşar yazılar